Yəhudi məktəbində partlayış oldu – Amsterdamda

Amsterdamın Büytenveldert rayonundakı yəhudi məktəbində partlayış olub.

Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

Partlayış nəticəsində əmlaka məhdud dərəcəli ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.