Qəbul imtahanlarının tarixi AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ I cəhd) tarixi açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə imtahanlar iyunun 7-si olacaq.

Həmçinin Coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.