“Bitcoin” aylıq maksimumunu yenilədi

“Bitcoin”in (BTC) məzənnəsi həftəyə lokal maksimumunu yeniləməklə başlayıb.

Bu barədə Median.Az “Coinmarketcap”ın məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, aparıcı kriptovalyutanın qiyməti fevralın 4-dən bəri ilk dəfə 74 300 dolları keçib.

Martın 16-da Bakı vaxtı ilə saat 11:30-da “Bitcoin”in məzənnəsi 73 600 dollar ətrafında dəyişib. 24 saat ərzində “Bitcoin” 3.2%, son bir həftə ərzində isə 10% bahalaşıb.

Ümumi kriptovalyuta kapitalizasiyası son 24 saat ərzində 3.5% artaraq 2.51 trilyon dollara çatıb. “Ethereum”un (ETH) məzənnəsi 7.2% artıb, aparıcı altkoin 2 260 dollar ətrafında ticarət olunur.

Ən yaxşı 100 kriptovalyuta arasında Pepe (PEPE) memkoini ən böyük artım göstərib – 17%. Ən böyük azalma “DeXe” (DEXE) tokenində qeydə alınıb, son 24 saatda 7% ucuzlaşıb.