Ağstafada AĞIR QƏZA: Xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər ərazisində iki VAZ markalı avtomobil toqquşub.

Hadisə nəticəsində avtomobillərdə olan 1998-ci il təvəllüdlü Mahir Hüseynov, 2004-cü il təvəllüdü Yasin Kazımov və 1999-cu il təvəllüdlü Taleh Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.