“Bizimləsən” və “Rəngarəng” proqramlarının yayımı DAYANDIRILIR

“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, “Bizimləsən” və “Rəngarəng” proqramları efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən bildirilib ki, məlumat doğrudur: “Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.

Eyni zamanda, məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.