Əhalinin nominal gəlirləri nə qədər artıb?

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 12 milyard 573.8 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% çoxdur.