Hacıqabulda avtomobillər toqquşdu – Yaralılar var

Hacıqabul rayonunda minik avtomobilinin aşması ilə nəticələnən yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb. “Opel” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanlar – M.Ağayev, Ə.Əhmədova və İ.Əhmədova Şirvan Şəhər Mərkəzi Xəstəxanaslna yerləşdiriblər.

Faktla bağlı araşdırma aparılır.