Erol Köse 16-cı mərtəbədən yıxılaraq öldü

Türkiyəli prodüser Erol Köse 61 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, o, binanın 16-cı mərtəbəsində yerləşən mənzilindən yıxılaraq ölüb.

Bu barədə jurnalist Emrullah Erdinç “X” hesabında paylaşım edib.

Xatırladaq ki, Köse Türkiyədə “Comedy Dance Trio” qrupu ilə məşhurlaşıb.