Masazırda evdə yanğın baş verib

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.