SEPAH İsrailin mərkəzinə raket və dron zərbələri endirib – 83-cü hücum dalğası

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin mərkəzində yerləşən Modiin şəhəri ətrafındakı hərbi hədəflərə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirib.

Median.Az TASS-a istinadən məlumat verir ki, bununla bağlı qurumun rəsmi bəyanat verib.

Məlumatda vurğulanır ki, İran silahlı qüvvələri İsrailə qarşı sayca 83-cü hücum dalğasına start verib.

İsrail hərbi mövqelərinə dəyən zərərin nəticələri və əməliyyatın effektivliyi haqqında hələlik dəqiq məlumat açıqlanmayıb.