Şağanda qaz təchizatı dayandırılacaq

Sabah Xəzər rayonunun Şağan qəsəbəsində təmir-bərpa işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı sabah saat 10:00-dan təmir-bərpa işləri başa çatanadək dayandırılacaq.