Salyanda 43 yaşlı qadın YOXA ÇIXIB – FOTO

Salyanda 43 yaşlı qadın itkin düşüb.

Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

S.Əhmədovanın əlamətləri: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək, sarı rəngli şalvar olub. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.