“Şübhəsiz ki, Epşteyn sağdır” – Mask

“Ceffri Epşteyn hələ də sağdır”.

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask bu fikri “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.

“O, mütləq sağdır… Buna şübhə yoxdur”, – deyə o, bildirib.

Maskın sözlərinə görə, Epşteynin kamerasında baş verənlərlə bağlı rəsmi açıqlama inandırıcı deyil, çünki bir sıra hallar suallar doğurur. O qeyd edib ki, hadisə zamanı həbsxananın təhlükəsizlik kameraları söndürülüb və mühafizəçilər yatıblar.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, kamera görüntülərində 62 saniyəlik bir hissə (saat 23:58:58-dən 00:00-a qədər) yoxdur. Bu, videokamera sistemindəki texniki problemlərlə əlaqədardır.

Qeyd edək ki, amerikalı iş adamı Ceffri Epşteyn pedofillik, cinsi istismar və insan alverində ittiham olunaraq həbs edilib. O, 2019-cu ildə saxlanıldığı kamerada ölü tapılıb.