İki su elektrik stansiyasının tikintisinə 43 milyon manatdan çox pul xərclənəcək

Azərbaycanda iki kiçik su elektrik stansiyası (KSES) tikiləcək.

Bununla bağlı müvafiq prosedurlara start verilib.

Belə ki, “Çardaqlı-1” və “Çardaqlı-2” KSES-lərdə tikintisi işləri nəzərdə tutulacaq.

İşlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 43 milyon 514 min 112 manatdır.
//oxu.az