Su kanalından odlu silahlar tapıldı

Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.

Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.