Hava şəraiti DƏYİŞƏCƏK: Yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Aprelin 11-i axşam və 12-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında, 13-dən 14-ü gündüzədək isə digər yerlərdə də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.