“Bağçalı” hotelinin fəaliyyəti dayandırıldı – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” hotelinin fəaliyyətini dayandırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran rayonu, Rəhimli kəndində yerləşən “Bağçalı” otelinin fəaliyyətinin dayandırılıb.