Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Median.Az-ın verdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, aprelin 11-də Abşeron rayonu, Masazır kəndi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.//oxu.az