Paytaxtda bədbəxt hadisə: Körpə pəncərədən yıxılıb öldü

Bakıda 3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb.

Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, ötən gün 2023-cü il təvəllüdlü E.Q. yaşadıqları evin pəncərəsindən (4-cü mərtəbə) yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.