38 yaşlı sürücü sükan arxasında öldü

Gəncədə 38 yaşlı sürücü sükan arxasında ölüb.

Hadisə şəhərin Dəmiryolu vağzalının yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Samux rayon sakini -1988-ci il təvəllüdlü B.Məməşovun sükan arxasında halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Dərhal əraziyə Təcili Tibbi Yardım briqadası çağrılıb. Müayinə zamanı 38 yaşlı kişinin öldüyü məlum ölüb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə 38 yaşlı B.Məmişov sükan arxasında infarkt keçirdib. Onun ürəyində problemi olduğu deyilir. Hazırda hadisənin səbəbləri araşdırılır.