ABŞ ordusu tərəfindən İran gəmisinin ələ keçirilməsi və Tehranın Hörmüz boğazını yenidən bağlaması ilə Yaxın Şərqdə yeni eskalasiya qorxusu fonunda neft qiymətləri bu gün təxminən 5%-dən çox artıb.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Bakı vaxtı ilə saat 9:20-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neft füçerslərinin qiyməti 4.95 dollar (5.48%) artaraq bir barel üçün 95.33 dollar təşkil edib. Öncəki sessiyada “Brent” markalı neftin dəyəri 9.01 dollar (9.07%) azalaraq 90.38 dollara düşmüşdü.
Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 4.94 dollar (5.98%) artaraq bir barel üçün 87.53 dollara çatıb. Əvvəlki sessiyada isə WTI markalı xam neft 8.58 dollar (9.4%) azalaraq bir barel üçün 82.59 dollara enmişdi.
