“Zirə” Azərbaycan kubokunun finalına yüksəldi

Azərbaycan kubokunun ilk finalçısı bəlli olub.

“Zirə” həlledici qarşılaşmaya vəsiqə qazanıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası cavab matçında “Turan Tovuz”la 0:0-lıq heç-heçəyə imza atıb.

Bununla da onlar finala adlayıb. “Zirə”nin rəqibinim adına isə “Sabah” – “Qarabağ” matçından sonra aydınlıq gələcək.