Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 0.38 ABŞ dolları və ya 0.34% artaraq 110.89 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110.51 ABŞ dolları olub.