“Crocus”da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub

Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.

Bu barədə “RİA Novosti” agentliyinin əldə etdiyi sənədlərdə qeyd olunur.

Məlumata əsasən, 2007-ci ilin aprelində həmin qadın üç dələduzluq halı, həmçinin qətlə təhrik və iştirakçılıq ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2018-ci ilin yaz fəslində vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb.