Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hadisə zamanı BMW markalı avtomobil yolda təmizlik işləri aparan, 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub, daha sonra köşkə çırpılıb.
Qəza nəticəsində qadın həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
