Mingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI

Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.

Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər küçəsində olub.

Belə ki, mübahisə davaya çevrilib və 1966-cı il təvəllüdlü şəhər sakini Cümşüd Əmrahovun başı kərpiclə vurulan zərbə nəticəsində yarılıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.