Sarayda avtomobil PARTLAYIB: Xəsarət alan var

Abşeron rayonunun Saray qəsəbəsində minik avtomobili partlayıb.

“Chevrolet” markalı minik avtomobilinin partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, hadisə bu gün saat 9 radələrində baş verib.

“Chevrolet Cobalt” markalı minik avtomobilində partlayış baş verib. Yanğın qeydə alınmayıb. Avtomobilin sürücüsü xəsarət alıb”, – deyə məlumatda bildirilir.