Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq.
Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Nazirlər Kabinetinin iclasının ardınca təşkil olunan brifinq zamanı məlumat verib.
Hökumət rəhbəri qeyd edib ki, hələ aprelin 1-də Moskvaya etdiyi səfər və Rusiya lideri Vladimir Putinlə danışıqları vaxtı seçki kampaniyası ilə əlaqədar tədbirə gələ bilməyəcəyini söyləyib.
“Buna görə də mən bu barədə daha öncə məlumat vermişdim”, – deyə N.Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri 2025-ci ildə Qələbə Gününün 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmişdi.
