“Bazarstore”da kərə yağı limitlə satılır – FOTO


“Bazarstore” mağazalar şəbəkəsində kərə yağı limitlə satılır.

Median.Az  “BakuPost” saytına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Yayılan fotoda mağazanın kərə yağları olan şöbəsində “Limit – 2 ədəd” tablosu qoyulduğu  əks olunub.

Bu isə sosial şəbəkə izləyicilərinin narazılığına və tənqidinə səbəb olub.