Bakıda gənc özünü asdı

Yanvarın 17-də Xəzər rayonunun Buzovna qəsəbəsində intihar hadisəsi baş verib.

Musayev küçəsində yerləşən yaşayış evində 1994-cü il təvəllüdlü Gülməmmədov Elşən Maarif oğlu özünü həyətdəki tövlədə asıb.  

Yaxınları Gülməmədovu 16:40 radələrində ölmüş vəziyyətdə aşkarlayıb. İntihar səbəblərinə gəldikdə, hüquq mühafizə orqanları Gülməmmədovun ruhi xəstə olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır./oxu.az