Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb, 15 nəfər yaralanıb – VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərinin Kopakabana sahil ərazisində sürücü avtomobili piyadaların üzərinə sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

İlkin məlumata görə, sürücü saxlanılıb və epilepsiyadan əziyyət çəkdiyini bildirib.