Xırdalanda intihara cəhd – özünü 9 mərtəbəli binadan atmaq istədi

Xırdalanda bir nəfər intihara cəhd edib.

Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq intihara əl atıb. 

O, özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.