Nadir Qafarzadə onu söyənlərə qəzəbləndi: “Instagram-da kişilik olmur” (VİDEO)

Müğənni Nadir Qafarzadə ARB TV-də yayımlanan “Sayqa ilə bu axşam” verilişində qonaq olub.

Baku.ws-in məlumatına görə, müğənni sosial şəbəkədə insanların ona qarşı neqativ reaksiyasına cavab verib.

Nazir bildirib ki, Instagram-da kiməsə təhqir yazmaqla kişilik olmaz:

“Kişilik reallıqda olur. Birinə kömək edirsən, yaxşlıq edirsən. Su çəkirsən, yol çəkirsən. Yetimin başına sığal çəkirsən, cibinə pul qoyursan. Budur kişilik. Amma Instagram-da profil açıb Nadiri söymək düzdü? Yaxşı elədin? Xanımlar baxırsan kişi söyüşü söyür. Deyirsən bu Azərbaycan xanımıdır?”