14 yaşı tamam olmayan şəxslərə dərman satışı qadağan edildi

Bu gün keçirilən plenar iclasda “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən 13.3-1 bəndinə görə (Əhaliyə dərman vasitələrinin buraxılması), ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.