Qocalar evində yanğın: ölən və yaralananlar var

Böyük Britaniyanın Stiveneyc şəhərində qocalar evində yanğın baş verib.

Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğının səbəbləri hələlik məlum deyil.