Bakıda maşın üstündə rəqs edən qız polisə çağırıldı – VİDEO

Cavanşir körpüsünün üstündə qızın maşının üzərində rəqs etməsi məsələsi araşdırılır.

Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən oxu.az-a məlumat verilib.

Məlumatda qeyd olunur ki, araşdırma zamanı məlum olub ki, maşın müğənni Nur Cəfərliyə məxsusdur:

“Həmin xanımın kimliyi yol polisi tərəfindən müəyyən olunub. Xanım idarəyə dəvət olunub”.