Bakıda gənc qız binanın başına çıxıb özünü atmaq istədi: “Gəlməyin, atacam” (VİDEO)

Bakıda gənc qız intihara cəhd edib.

Məhəmmədi qəsəbəsi, Göy Qurşağı MTK-da yerləşən hündürmərtəbəli binada gənc qız intihara cəhd edib. İntihara səbəb isə ailə münaqişəsi zəminində baş verib. Belə ki, gənc qız həyatından bezdiyini deyərək binanın 15-ci mərtəbəsinə qalxaraq intihar etmək istəyib.

Ətrafdakılar və binanın mühafizə xidmətinin səyi nəticəsində qızı bu fikrindən daşındırmaq olub.(azxeber.com)