Azərbaycanda dəhşətli hadisə: özünü meşədə öldürdü

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, rayonun Seyidqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlu özünü kəndin yaxınlığındakı meşə sahəsində asıb. Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.