Penitensiar Xidmətin binasında yanğın başlayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.