Yanğında ölənlərdən biri həkim olub

Martın 2-də Narkoloji Dispanserdə baş verən yanğın zamanı ölənlərin əksəriyyətinin kimliyi artıq müəyyənləşib.

Oxu.az-ın məlumatına görə, həmin şəxslərdən biri dispanserdə müalicə alan və əvvəl stomatoloq işləmiş Azər Sadəddinovdur.

Bu haqda Teymur Səmədov adlı sosial şəbəkə istifadəçisi paylaşım edərək məlumat verib:

“Yanğında həlak olanlardan biri də Azər Sadəddinovdur. O, həmin dispanserdə diş həkimi işləyib. Yaxşı insan idi. Ölümünə inana bilmirəm”.

Qeyd edək ki, Azər Sadəddinov tanınmış hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşıdır.