İçərisində məktəblilərin olduğu avtobus dərəyə yuvarlandı

ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.

Median.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.