Baş nazirinin korteji yaxınlığında partlayış

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayıcı qurğu işə salınıb.

“Report” “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 7 nəfər yaralanıb.

Məlumata görə, baş nazirin özü xəsarət almayıb. Əldəqayırma partlayıcı qurğu Rami Həmdəllanın konvoyu keçərkən partlayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.