Lənkəranda ağır qəza – Bir nəfər ölüb, yaralılar var

Lənkəranda yol qəzası baş verib.
Rayonun Şağlaküçə kəndində iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.