Avstraliyada 150 delfin özünü sahilə atıb – VİDEO

Avstraliyanın qərb sahilində 150 qara delfin özünü sahilə atıb.

Trend-in məlumatına görə, hazırda onların bəzilərinin dənizə qaytarılması üçün işlər davam edir.

Qeyd olunur ki, delfinlərdən yalnız 15-i sağ qalıb. Çimərlik zonası bağlanıb, sakinlərə dənizə girməmək tövsiyə olunub.

Mütəxəssislər delfin cəsədlərinin köpək balıqlarını cəlb edəcəyindən ehtiyat edir.