Rusiyanın ən müasir silahlarının videoçarxı təqdim olundu

RT telekanalı Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federal toplantıda etdiyi çıxış zamanı barəsində danışdığı ən müasir Rusiya silahlarının videoçarxını hazırlayıb.

Qısa animasiyada “Sarmat” tipli raket kompleksi, “Poseydon” sualtı pilotsuz qayıqları, “Kinjal” aviasiya raket kompleksi  və “Persvet” döyüş lazer kompleksi barədə məlumat verilir.