Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı ağır yol qəzasına düşüb

Sumqayıt şəhərində bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az report.az-a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Elbəy Nadir oğlu Məmmədov Sumqayıt şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində ağır yaralanıb.

O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, E.Məmmədovun vəziyyəti ağır olduğu üçün o, dərhal Bakı şəhərinə göndərilərək Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

E.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.