Ağstafada iki avtomobil toqquşdu — Xəsarət alanlar var

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.az-ın “Report”a istinadən məlumatına görə, rayonun Dağkəsəmən kəndində “10-HL-495” dövlət qeydiyyat nişanlı “Priora” markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşını toqquşub.

Nəticədə sürücülər arasında mübahisə düşüb. Qəza zamanı iki nəfərin yaralandığı bildirilir.