Xəzər dənizində zəlzələ olub – Rəsmi məlumat

Xəzər dənizində zəlzələ baş verib.

Median.Az-ın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumata görə, ilkin məlumata əsasən mart ayının 29-da yerli vaxtla 17:55-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.2, dərinliyi 50 km olub.