Milli valyutamıza qarşı böyük hörmətsizlik – VİDEO

Space Tv-nin “Olar? Olmaz!” verilişində milli valyutamızla bağlı reyd tamaşaçılara təqdim edilib.

Araşdırmaçı Jurnalist Amil Xəlilin təqdimatında yayımlanan verilişdə aparıcı insanların 1, 3, 5 qəpiklərdən imtina etdiklərini əyani formada tamaşaçılara təqdim edib. Hətta müvafiq aparatların belə bu qəpiklərə yaxın durmadığını bildirən aparıcı bəzən küçədən belə 5 qəpik yığmağın mümkün olduğunu qeyd edib.

Vəziyyət elə gətirib ki, 5 qəpikləri götürən mağazalar və köşklər belə limitlə bu “arzu”nu yerinə yetirir.

Həmin anları sizə təqdim edirik.//baku.ws