Ağdamda intihar cəhdinin qarşısı alınıb – FOTO

Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib.

Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib. Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.

Faktla bağlı araşdırma aparılır.